Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov xəstəxanamızın həkim kollektivi ilə birgə klinikamızda müalicələri davam edən qazilərin səhhətinə baxış keçirib

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov xəstəxanamızın həkim kollektivi ilə birgə klinikamızda müalicələri davam edən qazilərin səhhətinə baxış keçirib. Onların mənəvi-psixoloji vəziyyəti, tibbi xidməti, qidalanmaları və digər mövzularda söhbətlər aparılıb. Asiman Həsənov qazilərə bildirib ki, onların müalicəsi tam yekunlaşana qədər daim həkimlərimiz və tibbi kollektivimiz tərəfindən ciddi nəzarətdə saxlanacaq. Qazilərimiz onlar üçün yaradılan şəraitdən məmnuniyyətlərini bildirib təşəkkür etdilər.

Diqər xəbərlər